İsrail tamamilə qadınlardan ibarət yeni döyüş bölməsi yaradır

04.02.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 4 fevral, AZƏRTAC

İsrail Müdafiə Qüvvələri gələn ay tamamilə qadınlardan ibarət döyüş bölməsi yaradacağını açıqlayıb.

AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, ölkənin Livanla sərhədində yerləşəcək həmin bölmə kəşfiyyat, həmçinin ön xətt təhlükəsizliyi vəzifəsini yerinə yetirəcək.

İsrail Müdafiə Qüvvələri bildirir ki, qadın döyüşçülərin sayı 2020-ci ildən bəri iki dəfə artırılaraq 2025-ci ildə 8 min 500-ə çatdırılıb və bu addım əməliyyat hazırlığını gücləndirmək üçün görülən genişmiqyaslı islahatların bir hissəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью