İsrail tankları Dəməşqdən 20 km məsafədə

10.12.2024

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Hurriyyet.az xəbər verir ki, İsrail tankları Suriya ilə bufer zonasından kənara çıxaraq paytaxt Dəməşqdən təxminən 20 km məsafədə qeydə alınıblar.
Bu barədə Livanın "Al Mayadeen" telekanalı məlumat verib.
Telekanalın məlumatına görə, tanklar İsrailin bu həftənin əvvəlində əlavə qoşun yerləşdirdiyi bufer zonasından kənara çıxıb və Suriya paytaxtından 21 km cənubda, Katana yaşayış məntəqəsinin yaxınlığında yerləşdirilib. "Al Mayadeen" İsrail ordusunun hələ  bu məlumatı şərh etmədiyini bildirir.
Hürr Tərcüman

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью