İsrail tankları Dəməşqə yaxınlaşır

10.12.2024

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail tankları Suriya ilə sərhəddəki bufer zonasından kənara çıxıb və Dəməşqdən təxminən 20 km aralıda müşahidə edilib.

Bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.

Telekanalın qeyd etdiyi kimi, tanklar İsrailin bu həftənin əvvəlində qoşun yerləşdirdiyi bufer zonasından kənara çıxıb və Suriya paytaxtından 21 km aralıda cənubdakı Katana kəndi yaxınlığında yerləşdirilib.

"Al Mayadeen" qeyd edir ki, İsrail Müdafiə Qüvvələri (IDF) bu məlumatı hələ şərh etməyib.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью