İsrail tankları Dəməşqin 20 kilometrliyindədir KİV

10.12.2024

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

İsrail ordusuna məxsus zirehli texnikalar Suriya ərazisinin dərinliklərinə doğru irəliləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Al-Mayadin” yayıb. 

Bildirilib ki, İsrail tankları hazırda paytaxt Dəməşqdən təqribən 20 kilometr məsafədə yerləşir. 

Telekanalın hesablamalarına görə, İsrail aviasiyası Suriyanın hərbi obyektlərinə 250 zərbə endirib. Belə ki, dekabrın 10-na keçən gecə Homs, Hama və Rəqqə vilayətlərində hədəflərə zərbələr endirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью