İsrail tankları Qəzzada irəlilədi Hədəf bütün şəhəri ələ keçirməkdir KONKRET

23.08.2025

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Al Jazeera telekanalı İsrail Ordusunun (ÇAXAL) tanklarının Qəzzanın mərkəzində yerləşən Sabra rayonuna daxil olduğunu əks etdirən kadrları yayımlayıb. Bu ərazi, artıq bir həftədən çoxdur İsrail hərbçilərinin əməliyyat apardığı Zeytun bölgəsinin yaxınlığında yerləşir.

KONKRET.az xəbər verir ki, ÇAXAL nümayəndələri bildiriblər ki, ordunun hərəkətləri şəhərin kənarlarında cəmlənib və bu, böyük hücumun hazırlıq mərhələsidir. Gözlənilən əməliyyatın məqsədi bütün Qəzza şəhərini nəzarət altına almaqdır.

Məlumata görə, on minlərlə ehtiyat hərbçi sentyabrın 2-də orduya çağırılacaq və hücum əməliyyatına qoşulacaq.

Natiq Səlim,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью