İsrail tankları Suriyaya daxil oldu

08.12.2024

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail ordusunun (SAXAL) tank bölmələri Suriyanın Kuneytra şəhəri yaxınlığında sərhəddəki bufer zonasına daxil olub.

Oxu.Az "Maariv"ə istinadən xəbər verir ki, İsrail ordusunun sərhəddə fəallığı paytaxt Dəməşqin müxalifət tərəfindən ələ keçirilməsi fonunda başlayıb.

Məlumata görə, İsrail artilleriyası Suriyanın cənubunda, Colan təpələrində yerləşən Barika kəndinin ərazisini atəşə tutub.

Qeyd olunur ki, İsrail təyyarələri də Əl-Qasir bölgəsinə zərbələr endirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью