İsrail tankları Suriyaya daxil oldu KİV

08.12.2024

Icma.az, Metbuat saytına istinadən bildirir.

İsrail silahlı qüvvələrinin tanklarının Suriya sərhədini keçdiyi bildirilir.

Metbuat.az xəbər verir ki, bu barədə “Times of Israel” nəşri məlumat yayıb.

“Əsəd rejiminin bir gecədə süqutundan sonra Suriya mənbələri İsrail tanklarının Colan təpələri tərəfdən Suriya sərhədini keçdiyini iddia edir”, – nəşrin məlumatında deyilir.

Məqalədə təsdiqlənməmiş məlumatlara görə, İsrail qüvvələrinin Kuneytra bölgəsindəki bufer zonasına daxil olduğu və ərazini artilleriya atəşinə tutduğu bildirilir.

İsrail ordusu hazırda müvafiq məlumatları şərh etməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью