İsrail tankları Suriyaya daxil olub

08.12.2024

Operativmedia portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Operativ Media" xəbər verir ki, bu barədə “Times of Israel” nəşri məlumat yayıb.

“Əsəd rejiminin bir gecədə süqutundan sonra Suriya mənbələri İsrail tanklarının Colan təpələri tərəfdən Suriya sərhədini keçdiyini iddia edir”, – nəşrin məlumatında deyilir.

Məqalədə təsdiqlənməmiş məlumatlara görə, İsrail qüvvələrinin Kuneytra bölgəsindəki bufer zonasına daxil olduğu və ərazini artilleriya atəşinə tutduğu bildirilir.

İsrail ordusu hazırda müvafiq məlumatları şərh etməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью