İsrail tankları Suriyaya girdi

08.12.2024

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrail hərbi tankları Suriya sərhədini keçib.

"Unikal" xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

“Əsəd rejiminin bir gecədə süqutundan sonra İsrail tankları Colan təpələrindən Suriya sərhədini keçib”, - deyə məlumatda qeyd olunur. 

Təsdiqlənməmiş məlumatlara görə, İsrail əsgərləri Quneytra bölgəsindəki bufer zonasına daxil olaraq ərazini atəşə tutmağa başlayıblar.

İsrail Ordusu hələlik müvafiq məlumatlara münasibət bildirməyib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью