Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsrail Beyrutda Hizbullahın Baş Qərargah rəisi Heysəm Əli Təbatəbainin olduğu məkana zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə İsrailin “12-ci kanal”ı məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində Təbatəbai öldürülüb.
İsrailin zərbələrlə bağlı ABŞ-ı məlumatlandırdığı bildirilib.
Qeyd edək ki, Heysəm Əli Təbatəbai bu vəzifəyə 2024-cü ilin sentyabrında Əli Kərkinin öldürülməsindən sonra təyin olunmuşdu.
ABŞ onun başına 5 milyon dollar mükafat təyin etmişdi.