İsrail Təbrizi HƏDƏF ALDI

08.06.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

İsrail İran ərazisindəki hədəflərə hücum edib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə bazar ertəsi səhər İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib.

Zərbələr havadan atılan ballistik raketlərdən istifadə edilərək həyata keçirilib.

İran dövlət mediası daha əvvəl Tehran, Təbriz, İsfahan və Kərəc də daxil olmaqla, ölkənin bir neçə şəhərində partlayışlar barədə məlumat vermişdi.

İsrail Müdafiə Qüvvələri (İMQ) Telegram-da İsrail Hərbi Hava Qüvvələrinin İranın qərbində və mərkəzindəki hərbi hədəflərə zərbələr endirdiyini açıqlayıb.

“Fars” xəbər agentliyi bazar ertəsi günü regional bir məmura istinadən İranın cənub-qərbindəki Bəndər-e-Məhşəhrdəki Karun neft-kimya zavodunun İsrail mərmisi ilə vurulduğunu və müəyyən ziyan dəydiyini bildirib. İsrail ordusu daha sonra bunu “X” sosial media platformasında təsdiqləyib.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью