İsrail Tehrandakı obyektlərə zərbə dalğasının başladığını elan edib

01.03.2026

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

İsrail Müdafiə Qüvvələri ((İMQ) bildirib ki, İsrail Hərbi Hava Qüvvələri (HHQ) Tehrandakı obyektlərə ardıcıl zərbələr endirməyə başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, ordu mətbuat xidmətinin bəyanatında deyilir: “İsrail HHQ Tehrandakı İran rejiminə məxsus obyektlərə zərbə dalğasına başlayıb. Son 24 saat ərzində İsrail HHQ hava üstünlüyünü təmin etmək və Tehrana yol açmaq məqsədilə genişmiqyaslı zərbələr endirib.”

Qurum qeyd edib ki, bu cür hücumlar “28 fevral tarixində ‘Aslanın qəzəbi’ əməliyyatının başlanmasından bəri ilk dəfədir”.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью