İsrail tərəfindən saxlanılan üç türkiyəli deputat Azərbaycana gətirilir

09.10.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Azadlıq Donanmasında saxlanılan 3 türk millət vəkili Türkiyəyə qayıtmaq üçün təyyarə ilə Azərbaycana yola düşüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli öz "X" hesabında məlumat verib.

"İsrail tərəfindən saxlanılan üç millət vəkilimiz Türkiyəyə qayıtmaq üçün Azərbaycana yola düşüb. Digər vətəndaşlarımızın da sabah xüsusi reyslə ölkəmizə qayıtmasını təşkil etmək üçün səylərimizi davam etdiririk.

Bu uçuş uğurlu olarsa, qeyd olunan səfərlə üçüncü ölkə vətəndaşlarının da təxliyəsini gözləyirik", - deyə o paylaşımda bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью