İsrail təsdiq etdi: ABŞ 4 milyardlıq yardımı kəsir

06.11.2026

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail Baş naziri Binyamin Netanyahunun ofisi ABŞ-ın ölkəyə ayırdığı illik hərbi yardımın təxminən 4 milyard dollar azaldılacağını təsdiqləyib.

Turkustan.az xəbər verir ki, Baş nazirin ofisi ABŞ Prezidenti Donald Trampın bu qərarından bir neçə gün sonra məsələ ilə bağlı açıqlama yayıb.

Netanyahunun ofisi Baş nazirin sözçüsü Doron Şpilmanın “X” hesabı vasitəsilə “Fox News”a verdiyi açıqlamanı paylaşıb. Şpilman ABŞ-ın hərbi yardımının azaldılacağını təsdiqləyən ilk İsrail rəsmisi olub.

O bildirib ki, İsrail ABŞ-ın hərbi yardımından həm özünü müdafiə etmək, həm də ABŞ və digər Qərb ölkələrinin düşmənləri ilə mübarizə aparmaq üçün istifadə edir.

Qeyd edək ki, Tramp Demokratların ara seçkilərdə qələbəsindən bir qədər əvvəl İsrailə ayrılan 4 milyard dollarlıq hərbi yardımın dayandırıldığını açıqlamışdı.

Aytən Yaşar/Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью