İsrail təsdiqlədi: İran hərbi obyektlərə zərbə endirib

08.07.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ötən ay İranın həyata keçirdiyi hava hücumları İsrailin hərbi obyektlərinə "çox az" ziyan vurub".

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyinə İsrail ordusunun nümayəndəsi təsdiqləyib.

Adının açıqlanmasını istəməyən rəsmi şəxs bildirib ki, zərbələrə baxmayaraq, zədələnmiş hərbi obyektlər işlək vəziyyətdə qalıblar.

Mənbə hansı hərbi obyektlərin vurulduğuna və hərbi infrastruktura dəyən ziyanın miqyasına dair konkret təfərrüat açıqlamayıb.

Qeyd edək ki, İsrailin iyunun 13-də İranın nüvə obyektlərinə və raket arsenalına qəfil hücumuna cavab olaraq, Tehran İsrail ərazisinə hava zərbələri endirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью