İsrail təyyarələri Beyrutda tərk edilmiş məhəllələrə hücum edib

17.11.2024

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livan paytaxtının cənub kənarında şiə Hizbullah təşkilatının şübhəli hədəflərinə bir sıra zərbələr endirib.

APA xəbər verir ki, TASS müxbirinin verdiyi məlumata görə, Hadas ətrafında bir neçə binaya hava hücumu həyata keçirilib.

Raketlərdən biri Əl-Həyat xəstəxanasının yaxınlığındakı evə düşüb və partlayış yerindən qatı tüstü buludları səmaya qalxıb.

Bundan əvvəl İsrail hərbi komandanlığının nümayəndəsi yaşayış məntəqələrində qalan insanların təxliyəsi üçün sosial şəbəkələrdə ərəb dilində hava zərbələrinin olacağı ilə bağlı xəbərdarlıq yerləşdirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью