İsrail təyyarələri Beyrutun cənub kənarında Hizbullahın üç hədəfinə hücum edib

15.11.2024

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livan paytaxtının cənub kənarında şiə Hizbullah təşkilatının üç hədəfinə zərbələr endirib.

Bizimyol.info xəbər verir ki, mülki müdafiə xidmətindəki mənbənin verdiyi məlumata görə, Qobeyri və Şayax bölgələrində güclü partlayışlar baş verib. Zərbə yerindən qalın tüstü dumanları səmaya qalxıb.

“Düşmən Hizbullahın ofislərinin yerləşdiyi Qubeyri bələdiyyəsinin ərazisində üç binaya hücum edib, zərbələrin vurulduğu yerdən qatı tüstü buludları səmaya qalxıb. Daha bir zərbə Beyrutun cənub-şərqindəki Şiyə məhəlləsinə, cümə axşamı dəfələrlə bombalanan əraziyə endirilib”, - deyə məlumat verən mənbə qeyd edib.

Onun sözlərinə görə, hava hücumundan təxminən bir saat əvvəl İsrail hərbi komandanlığının nümayəndəsi sosial şəbəkələrdə ərəb dilində qarşıdakı hava zərbələri ilə bağlı xəbərdarlıq yerləşdirib. “Yaşayış məntəqələrində qalan insanlar təxliyə edilib”, - deyə mənbə qeyd edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью