İsrail təyyarələri Dəməşqin ətrafına silsilə zərbələr endirib

10.12.2024

Icma.az bildirir, Azpost portalına istinadən.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın paytaxtı Dəməşqin ətraf ərazilərinə silsilə zərbələr endirib.

APA xəbər verir ki, bu barədə “Al Mayadeen” məlumat yayıb.

Məlumata görə, Radioelektron Mübarizə idarəsi və Suriya Silahlı Qüvvələrinin helikopterlərinin yerləşdiyi hərbi aerodrom atəşə tutulub.

Qeyd olunur ki, hər iki obyekt Dəməşqin cənub-şərqindəki Əqraba bölgəsində yerləşir.

Dəymiş ziyanla bağlı hələlik məlumat yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью