İsrail təyyarələri Hizbullahın mövqelərinə üç zərbə endirib

21.11.2024

Anews portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Livan paytaxtının cənub kənarlarında Hizbullah təşkilatı ilə əlaqəli obyektləri hədəfə alaraq yenidən zərbələr endirib. Bu barədə yerli mülki müdafiə xidmətindəki mənbə TASS müxbirinə məlumat verib.

"İsrail şəhərin cənub bölgələrinə ən azı üç zərbə endirib", - mənbə bildirib.

"Basqın Hadas ətrafına hücumla başlayıb, Haret Hreik məhəlləsindəki Jamus və Sfeir küçələrində də partlayış səsləri eşidilib", - mənbə əlavə edib.

Bundan əvvəl İsrail pilotsuz uçan aparatı Bir Əl-Abed bölgəsindəki binaya raket zərbəsi endirib, lakin bu hücumun nəticələri barədə heç bir məlumat verilməyib.

Aytac


www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью