İsrail təyyarələri SuriyaLivan sərhədində sərhəd keçid məntəqələrini bombalayıb

26.11.2024

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriya-Livan sərhədində, Homs vilayətinin Kuseyr şəhəri yaxınlığındakı sərhəd keçid məntəqələrinə hücum edib.

APA xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

“İsrail Livanın hava məkanından Suriya-Livan sərhədində, Homs əyalətinin Kuseyr bölgəsində sərhəd keçid məntəqələrinə hava zərbələri endirib”, - məlumatda deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью