İsrail təyyarələri Yəməndəki Ənsar Allaha aid husilərin mövqelərinə zərbələr endirdi Xəbər saytı Son xəbərlər və Hadisələr

19.12.2024

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail hərbçiləri Yəmənin şimal hissəsinə nəzarət edən "Ənsar Allah" islamçı hərəkatına aid husilərin yerləşdiyi yerə zərbələr endirib.

BAKU.WS xəbər verir ki, bu barədə dekabrın 19-da İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.

"İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr kəşfiyyat xidmətləri və donanmanın rəhbərliyi altında həm Yəmənin qərb sahillərində, həm də ölkənin daha ucqar ərazilərində yerləşən Husi terror təşkilatına məxsus hədəflərə hücumlar həyata keçirib", - deyə ordudan bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью