İsrail Tir şəhərinə zərbə endirdi

28.05.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail hərbi aviasiyası Livanın cənubundakı Tir şəhərində qədim Roma ippodromuna yaxın ərazidə yerləşən binalara zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, zərbələr Əsari rayonunda yerləşən binalara dəyib. Şahidlərdən biri hücum nəticəsində çoxmərtəbəli yaşayış binasının tamamilə dağıldığını bildirib.

Bundan əvvəl İsrail ordusu Tir ətrafında Hizbullahın infrastrukturuna zərbələr endirdiyini açıqlamışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью