İsrail Trampın Livanla bağlı qadağa iddiasına görə ABŞ dan açıqlama istəyib

18.04.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

İsrail ABŞ Prezidenti Donald Trampın İsrailin Livanda hava zərbələri endirməsinin “qadağan edildiyi” ilə bağlı paylaşımına aydınlıq gətirilməsi üçün Ağ Evə müraciət edib.

Bu barədə ABŞ rəsmisi və məsələdən xəbərdar olan digər mənbə "Axios"a bildirib.

Məlumata görə, sözügedən bəyanat ABŞ Dövlət Departamentinin açıqladığı İsrail-Livan atəşkəs razılaşmasının mətninə zidd olduğuna görə İsrailin Baş naziri Benyamin Netanyahu və onun müşavirləri Trampın bu paylaşımına təəccübləniblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью