İsrail Trampın Qəzzada atəşkəs təklifini qəbul etdi

08.09.2025

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrail ABŞ prezidenti Trampın Qəzza zolağında atəşkəs təklifini qəbul edib.

AzPost Reuters-ə istinadən  xəbər verir ki, hökumətin qərarını İsrailin xarici işlər naziri Gideon Saar açıqlayıb.

İndi HƏMAS öz cavabını verməlidir.

ABŞ prezidentinin tərəflərə təklifi HƏMAS-ın girov götürdüyü 48 nəfərin hamısını azad edəcəyini nəzərdə tutur. İsrail buna cavab olaraq yəhudiləri öldürməkdə təqsirli bilinən fələstinliləri həbsdən azad edəcək və Qəzzaya hücum etməyəcək. Tərəflər arasında aparılan danışıqlar zamanı Trampın şəxsi iştirakı ilə tam atəşkəs olacaq.

“İsraillilər mənim şərtlərimi qəbul etdilər. HƏMAS-ın da onları qəbul etmə vaxtıdır. Mən HƏMAS-ı imtinanın nəticələri barədə xəbərdar etmişəm. Bu mənim son xəbərdarlığımdır, başqa heç nə olmayacaq!” -Tramp mikrobloqunda hədələyib.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью