Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrail Türkiyənin Qəzzada yerləşdiriləcək “Beynəlxalq stabilləşdirmə gücü”ndə iştirakına mane olmağa çalışır.Reyting.az xəbər verir ki, bunu “İsrail Hayom” qəzeti yazıb.
Bildirilir ki, baş nazir Binyamin Netanyahu türk hərbçilərinin Qəzzada olmasını “qırmızı xətt” kimi qiymətləndirir və Türkiyə şirkətlərinin bölgənin yenidən qurulmasından kənarda qalmasını istəyir.
Hazırda bu məsələnin İsrail və ABŞ arasında müzakirə olunur.
Ötən gün Knessetin açılışındakı çıxışında Netanyahu Yaxın Şərqdə İsrailə qarşı “yeni təhdidlərin yarandığını” iddia edib.
İsrail mətbuatına danışan ölkənin siyasi mənbələri, Netanyahunun üstüörtülü şəkildə qeyd etdiyi yeni təhdidlərin Türkiyə və Qətərin regional təsirlərini genişləndirmək üçün artan səyləri olduğunu iddia edərək, Ankara və Dohanın Qəzza zolağının gələcəyinin və Suriyadakı hadisələrin formalaşmasında oynadığı mərkəzi rolu vurğulayır.Netanyahuya qarşı olan müxalifət də Türkiyə ordusunu Qəzzada görmək istəmir və bu məsələdə Misirə üstünlük verilməsini vacib sayırlar.E.
KAMAL Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.