Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az İsrailin “Ynet” portalına istinadən xəbər verir ki, rəsmi Bakı İsrail və Türkiyə arasındakı gərginliyi azaltmaq üçün pərdəarxası diplomatik səylər göstərir.
Məlumata görə, Azərbaycanın vəziyyətə müdaxilə cəhdləri iki ölkə arasında münasibətlərin kəskin şəkildə pisləşməsinin ilk həftəsindən başlayıb.
Suriyadakı Türkiyə bazasına hücum, İsrail Baş naziri Benyamin Netanyahunun Türkiyəyə qarşı sərt açıqlamaları, Ankaranın onun həbsinə orden verməsi və həbsi üçün İnterpola müraciət ünvanlamasından sonra gərginlik daha da artıb.
“Ynet”in məlumatına görə, Azərbaycan hər iki tərəfin etimadını qazanıb və artıq İsrail ilə Türkiyə arasında vasitəçilik təcrübəsinə malikdir. 2025-ci ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyev ölkələr arasında birbaşa dialoq təşəbbüsü ilə çıxış edib.
Daha sonra, İlham Əliyevin vasitəçiliyi ilə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalinin rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti və o dövrdə Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsini tutan Tzaçi Hanegbinin rəhbərlik etdiyi İsrail nümayəndə heyəti Bakıda görüşdü.
Danışıqlardan sonra tərəflər Suriyada əməliyyat koordinasiya mexanizminin yaradılması barədə razılığa gəliblər. Saytın məlumatına görə, bu mexanizm uzun müddət təsirli olub.
İndi isə Bakı yenidən hər iki tərəflə əlaqələrindən istifadə edərək vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa çalışır.
“Həm siz, həm də Türkiyə bizim dostumuzsunuz. Gərginliyi dərhal azaltmaq vacibdir”, - “Ynet” Azərbaycan mənbəsinə istinadən yazıb.
Mürtəza