İsrail Türkiyənin qarşısını bomba ilə kəsib

19.08.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

İsrail Tramp administrasiyasına bildirib ki, Suriya hava bazasına edilən son hücumun məqsədi ərazidə Türkiyə ordusunun cəmləşməsinin qarşısını almaqdır. 

“Cebheinfo.az”-ın məlumatına görə, “Axios” nəşri ABŞ və İsrail rəsmilərinə istinadən belə yazır. Qeyd edək ki, hücum yerli vaxtla 18-də səhər tezdən baş verib. Türkiyə sərhədindən təxminən 72 kilometr aralıda, Suriyanın şimalında yerləşən “Əbu əl-Duhur” hərbi hava bazasında ən azı səkkiz uçuş-enmə zolaqlarına və bir neçə anqara bomba düşüb. 

ABŞ və İsrail rəsmilərinin sözlərinə görə, Netanyahu hökuməti gözlənilən hücum gözlənilən hücum barədə Ağ Ev rəsmilərini əvvəlcədən məlumatlandırıb. Tramp təxminən üç saat əvvəl Ərdoğanla telefonla danışsa da, məsələnin müzakirə olunub-olunmadığı bəlli deyil: 

“İsraillilər Ağ Evə bildiriblər ki, hücumun məqsədi Türkiyənin hərbi hava bazasına qabaqcıl silah sistemləri göndərməsinin və obyektdə daha geniş hərbi qüvvələrin toplanmasının qarşısını almaqdır”. 

Türkiyə rəsmisi İsrailin iddialarını təkzib edib. “Hava bazasında Türkiyənin heç bir iştirakı olmayıb. İsrail qonşu ölkələri bombalamaq və bölgəni sabitsizləşdirmək üçün bəhanələr uydurur”,-deyə Türkiyə rəsmisi “Axios”-a bildirib. 

Bəzi yüksək vəzifəli ABŞ rəsmiləri isə hesab edirlər ki, hücumun İsraildə oktyabr ayında keçiriləcək seçkilərlə bağlıdır. Tramp administrasiyasının nümayəndələri Suriya hökumətini təmkinli olmağa çağıraraq, İsraildəki seçkilərdən sonra məsələnin həllinin daha asan olacağını bildiriblər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью