İsrail Ukraynanın bu qərarını alqışladı

03.02.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail xarici işlər naziri Gideon Saar Ukraynanın İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan etmək qərarını alqışlayıb.

Axar.az xəbər verir ki, bu barədə Saar X sosial şəbələsində paylaşım edib.

"Ukrayna prezidentinin İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan etmək qərarını yüksək qiymətləndiririk. Bu, terrora, repressiyaya qarşı vacib, diplomatik və mənəvi qərardır”, - Saar yazıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıdıqlarını bildirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью