İsrail universitetinin vitse prezidenti AzTU da olub

03.09.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 3 sentyabr, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) İsrailin Bar-İlan Universiteti ilə əməkdaşlığı çərçivəsində bu ali təhsil müəssisəsinin universitet-sənaye əlaqələri üzrə vitse-prezidenti professor Zeev Zalevskinin rəhbərlik etdiyi nümayəndə heyəti AzTU-da olub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Texniki Universitetindən məlumat verilib.

Qonaqlarla görüşən AzTU-nun rektoru professor Vilayət Vəliyev onlara universitetdə tədris, tədqiqat və innovasiya sahələrində həyata keçirilən fəaliyyətlər, aparılan islahatlar, Bar-İlan Universiteti ilə birgə ikil diplom proqramı və elmi-tədqiqatlar sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr barədə məlumat verib.

Professor Zeev Zalevski iki ali təhsil müəssisəsi arasındakı əlaqələri yüksək qiymətləndirərək birgə elmi-tədqiqatların və sənayeyönümlü kadr hazırlığının vacibliyini diqqətə çatdırıb. Bu baxımdan, o, universitet-sənaye əməkdaşlığı çərçivəsində müxtəlif sənaye sahələrindəki problemlərin həllinə yönəlmiş elmi-tədqiqatların və birgə kadr hazırlığının həyata keçirilməsi imkanlarını qeyd edib.

Daha sonra görüşdə birgə tədris və tədqiqat fəaliyyətlərinin genişləndirilməsi və sənaye müəssisələrinin bu fəaliyyətlərə daha yaxından cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью