İsrail və ABŞ Bağdadın cənubunu vurdu

02.03.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

İsrail və ABŞ-nin Bağdadın cənubuna raket zərbəsi endirdiyi bildirilir.

BAKU.WS "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, hücum "Hizbullah"a məxsus obyektləri hədəf alıb. Zərbələrin Bağdadın cənubunda yerləşən Cürf əs-Səxr bölgəsində həyata keçirildiyi qeyd olunur.

Məlumata əsasən, hücum nəticəsində nəqliyyat vasitələri, müxtəlif obyektlər və anbarlarda ciddi maddi ziyan yaranıb, yanğınlar baş verib. İlkin məlumatlara görə, hadisə zamanı ölən və ya yaralanan olmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью