İsrail və altı ərəb ordusu əməkdaşlığı gücləndirir

11.10.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son üç ildə İsrail və altı ərəb dövlətinin hərbçiləri ABŞ-ın yardımı ilə İran təhlükəsi də daxil olmaqla təhlükəsizlik sahəsində əməkdaşlığı gizli şəkildə genişləndiriblər.

APA xəbər verir ki, bu barədə “The Washington Post” (WP) məlumat yayıb.

“ABŞ-ın sızdırılmış sənədləri göstərir ki, əsas ərəb dövlətləri hətta Qəzzadakı müharibəni tənqid edərkən belə, İsrail ordusu ilə təhlükəsizlik sahəsində əməkdaşlığını sakitcə artırırlar”, - məlumatda deyilir.

Məlumata görə, bu dövlətlərə Bəhreyn, Misir, İordaniya, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanı daxildir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью