İsrail və HƏMAS arasında əsir mübadiləsi baş tutub

20.01.2025

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yerli mətbuatın məlumatına görə, İsrail həbsxanalarında saxlanılan 90 fələstinli məhbus müqabilində HƏMAS terrorçuları 3 İsrail vətəndaşı qadını əsirlikdən buraxıb. Azadlığa çıxan fələstinlilərin də 69-u qadın, biri isə uşaqdır.
Öz yurd-yuvalarına qayıdan keçmiş əsirlər on beş aylıq əsarətin ardınca ailə üzvlərinə qovuşublar. Onlar həmçinin ilkin tibbi müayinədən keçiriliblər.
Digər tərəfdən, atəşkəs nəticəsində hərbi əməliyyatların dayanması fonunda Birləşmiş Millətlər Təşkilatı Qəzza zolağına 630 yük maşını həcmində humanitar yardım göndərib.

Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью