İsrail və HƏMAS atəşkəs və girovların azad edilməsi barədə razılaşma imzalayıb: təfərrüatl…
Moderator.az saytına istinadən Icma.az xəbər verir. "HƏMAS-ın 33 israilli girovun azad edilməsi müqabilində İsrail hər bir girov üçün 30, hə
Sənəd yanvarın 16-da tarixində Misirin Doha şəhərində imzalanıb. Moderator.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, bir neçə günlük intensiv danışıqlardan sonra razılaşmanı İsrail, Qətər, ABŞ və HƏMAS nümayəndələri imzalayıb.
ABŞ tərəfdən sənədi prezident Baydenin Yaxın Şərq məsələləri üzrə baş müşaviri Brett Makqerk imzalayıb.
İsrail hökuməti razılaşmanın təsdiq olunması üçün səsverməni yanvarın 18-də şənbə günü axşam keçirəcək.
Razılaşmaya əsasən, birinci mərhələdə 33 israilli girov, o cümlədən qadınlar, uşaqlar, 50 yaşdan yuxarı kişilər və yaralılar azad ediləcək.
Bunun qarşılığında İsrail 700-dən çox fələstinli məhbusu azad edəcək.
Qəzza bölgəsinə 600 humanitar yardım yük maşını, 50 yanacaq daşıyan maşın, 200 min çadır və 60 min məcburi köçkün üçün mobil ev göndəriləcək.
Tam oxu
Xəbəri oxu