İsrail və “HƏMAS” fikir ayrılıqlarını aradan qaldırmağa və razılığa gəlməyə yaxındırlar AzPolitika onlayn siyasiictimai qəzet

18.12.2024

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail hakimiyyəti və radikal “HƏMAS” hərəkatı fikir ayrılıqlarını aradan qaldıra və Qəzza zolağında atəşkəs sazişi bağlaya bilərlər.

“Report” xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

“Biz razılığa gələ bilməliyik. İki tərəf arasındakı fikir ayrılıqlarını aradan qaldıra bilərik, lakin bu o demək deyil ki, edəcəyik”, - deyə o qeyd edib.

“HƏMAS” hərəkatının irəli sürülən bütün tələblərlə razılaşdığı barədə xəbərləri şərh edən Miller bunun belə olmadığını bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью