Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir. HƏMAS İsraillə atəşkəs danışıqlarını davam etdirmək məqsədilə Qətərə nümayəndə he
Sfera.az xəbər verir ki, nümayəndə heyəti Qətərdə İsraillə dolayı danışıqlar aparacaq.
Danışıqların əsas mövzusu HƏMAS tərəfindən 8-10 israilli girovun azad edilməsi və müharibənin dayandırılması məsələləridir.
Tərəflər arasında danışıqlar həftəsonu baş tuta bilər. Eyni zamanda İsrail HƏMAS-a müvəqqəti atəşkəs təklif edib.
Maraqlıdır, İsrail və HƏMAS yaxın zamanlarda yekun sülhü əldə edə bilərmi? Sülhdə həlledici vasitəçi tərəf hansı ölkə ola bilər ?
Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov HƏMAS-ın danışıqları davam etdirmək üçün Qətərə nümayəndə heyəti göndərməsinin bu qrupun həqiqətən atəşkəsə nail olmaq üçün can atmasından xəbər verdiyini bildirib.
Politoloqun fikrincə, lakin onların bu təşəbbüsləri yenidən atəşkəsin, bundan sonra isə sülh müqaviləsinin imzalanacağının dəqiq zəmanəti deyil: “Çünki təkbaşına atəşkəs mümkün deyil.
Atəşkəsin əldə olunması üçün qarşı tərəfin, indiki halda İsrailin də razılığı şərtdir.