Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrail Livanda atəşkəs barədə ABŞ tərəfindən təklif olunan razılaşmaya ilkin razılıq verib.
BAKU.WS xəbər verir ki, bu barədə İsrailin "Ynet" xəbər portalı yazıb.
Məlumata görə, razılaşma İsrail Nazirlər Kabineti tərəfindən yekun təsdiq olunmalıdır.
Bildirilir ki, ABŞ-nin region üzrə xüsusi nümayəndəsi Amos Hoxşteyn (Amos Hochstein) noyabrın 24-də Livan rəsmilərinə İsrailin qərarı barədə məlumat verib.
"Axios" portalının jurnalisti Barak Ravid qeyd edib ki, Hoxşteyn İsrail hakimiyyətinə xəbərdarlıq edib və əgər razılaşma qəbul olunmazsa, vasitəçilik səylərinin dayandırılacağını bəyan edib.
Livanın "Al Nahar" qəzetinin məlumatına əsasən, razılaşma layihəsində 60 günlük keçid dövrü nəzərdə tutulur.
Bu müddətdə tərəflər döyüşləri dayandıracaq, İsrail isə cənub Livandan qoşunlarını çıxaracaq.