İsrail və Hizbullah atəşkəs elan edir KİV

26.11.2024

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

İsrailin Kanal 12 televiziyası Təl-Əviv rəhbərliyi ilə Livandakı “Hizbullah” arasında mümkün atəşkəsin bu axşam elan ediləcəyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, İsrail televiziyası bu barədə adı açıqlanmayan yüksək səviyyəli rəsmilərə istinadən məlumat verib. Həmçinin, Livanın Əl-Cədid televiziyası ABŞ və Fransanın birgə bəyanatı ilə atəşkəsin elan ediləcəyini paylaşıb.

Qeyd edək ki, İsrailin təhlükəsizlik kabineti Livanda mümkün atəşkəsi müzakirə etmək üçün toplaşmışdı. Bundan əvvəl, ABŞ Prezidenti Co Baydenin baş müşaviri Amos Hokşteyn Livanda atəşkəsə nail olmaq üçün aparılan danışıqlar çərçivəsində Beyrut və İsrailə səfər edib. Baydenin müşaviri Hokşteyn Beyrutda verdiyi bəyanatda atəşkəs danışıqlarında irəliləyiş əldə edildiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью