İsrail və İran arasındakı sülh şərtləri reallaşacaqmı? Politoloq

02.02.2026

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail İranla sülh şərtlərini açıqlayıb.

Şərtlərə əsasən İran Uranın zənginləşdirilməsi proqramını dayandırmalı, sentrifuqaları sökməli, zənginləşdirməni 0 faizə endirməlidir.

O cümlədən indiyə qədər zənginləşdirilmiş bütün uran ehtiyatlarını (400 kq) təhvil verməlidir. Uzaqmənzilli ballistik raket proqramını tamamilə dayandırmalıdır. Regiondakı proksi qüvvələrə (Hizbullah, HƏMAS, Husi və s.) dəstəyini dayandırmalıdır.

Bəs bu şərtlər reallaşa bilərmi?

Ümumiyyətlə, prosesi necə şərh etmək olar?

Bu barədə Gununsesi.info-ya politoloq Turan Rzayev danışıb.

O bildirib ki, İsrailin İranla bağlı açıqladığı “sülh şərtləri” ilk baxışdan sərt və maksimalist görünsə də, əslində, bu tələblər yeni deyil.

Politoloqun sözlərinə görə, Təl-Əviv uzun illərdir Tehranın nüvə proqramının tam dayandırılmasını, ballistik raket imkanlarının məhdudlaşdırılmasını və regiondakı proksi qüvvələrə dəstəyin kəsilməsini əsas təhlükəsizlik şərti kimi irəli sürür.

Bəs İran bu şərtlərlə razılaşa bilərmi?

Siyasi şərhçi bunun real olmadığı bildirir:

“İranın bu şərtlərlə razılaşması isə real görünmür. Çünki nüvə proqramı, raket potensialı və regional təsir Tehranın yalnız hərbi deyil, həm də siyasi-strateji dayaqlarıdır”.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью