İsrail və İran hücumları bir həftəlik dayandırıblar Tramp

09.06.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

"İsrail və İran ən azı bir həftə ərzində qarşılıqlı olaraq zərbə endirməyəcəklər".

Milli.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu bəyanatla ABŞ Prezidenti Donald Tramp çıxış edib:

"Bizim İsrailin Baş naziri Binyamin Netanyahu ilə çox yaxşı söhbətimiz oldu. Ona hücum olundu, o da cavab zərbəsi endirdi. Buna görə baş naziri qınaya bilmərəm. Lakin indi onlar bunu dayandırıblar. Beləliklə, daha bir həftə və ya bir az daha çox müddətə bir-birilərini rahat buraxacaqlar", - deyə o, mətbuat nümayəndələrinə bildirib.

Tramp həmçinin vurğulayıb ki, ABŞ və İran iki-üç gün ərzində vəziyyətin nizamlanmasına dair razılığa gələ bilərlər:

"İki və ya üç gün. Bunu etmək üçün yaxşı şanslarımız var. Daha yaxşısı, bizim bunu bir saat ərzində etmək imkanımız olmalıdır".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью