Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir. İran və İsrail arasında gərginlik bəyanatlar səviyyəsində davam edir.
Tribunainfo.az xəbər verir ki, ötən həftə İranın dini lideri Ali Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Yerli medianın yaydığı xəbərdə bildirilir ki, Əli Xamineyi İsrailə hücum üçün hazırlıq görülməsi ilə bağlı göstəriş verib.
Bunun ardından isə SEPAH-ın komandanı Hüseyn Səlami açıqlama verərək, deyib ki, “Sadiq Vəd 3” əməliyyatına hazırlıq başlayıb və bu, əvvəlki iki hücumdan daha dəhşətli olacaq.
SEPAH-ın sözçüsü, generalı Əli Məhəmməd Naini isə “Mehr” Agentliyinə açıqlamasında bildirib ki, İsrail İranın cavab tədbirini proqnozlaşdıra bilmir.
Bu əsnada, İranın hava sahəsini bağladığı barədə xarici media xəbər yaysa da, bu ölkənin Mülki Aviasiya Mərkəzi açıqlama yayarar, məlumatı təkzib edib.
Mərkəzin rəhbəri Möhsin Yazarlı bildirib ki, İranın hava məkanı nə yerli, nə də xarici təyyarələr üçün bağlanmayıb və bunun üçün heç bir əsas da yoxdur.
İsrail də bu ərəfədə boş oturmayıb. Həm müttəfiqlərindən aldığı dəstəklə, həm də öz imkanları hesabına İranın mümkün hücumlarına hazırlıq gö