Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrail və Livan arasında atəşkəs razılaşması qüvvəyə minən kimi ABŞ prezidenti Co Bayden detalları açıqlayıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Livan Silahlı Qüvvələri 60 gün ərzində Livanın cənub sərhədinə yerləşdiriləcək və bu bölgənin nəzarətini təmin edəcək.
ABŞ-nin Hizbullahın müqaviləni pozduğu aşkar edilərsə, İsrailə yenidən hücum etmək hüququ verərək, müqavilənin mətnində olmayan öhdəlik götürdüyü iddia edilir.
ABŞ prezidenti Co Baydenin Livan və İsrail hökumətlərinin təsdiqindən sonra elan etdiyi atəşkəs razılaşması yerli vaxtla saat 04.00-da (Bakı vaxtı ilə 06.00) qüvvəyə minib.
Bayden Livan Silahlı Qüvvələrinin 60 gün ərzində Livanın cənub sərhəddinə yerləşdiriləcəyini və bu bölgəyə nəzarəti təmin edəcəyini bildirib.
Razılaşmanın Hizbullah ünsürlərinin sözügedən bölgədən tərksilah edilməsini və Litani çayının şimalına keçməsini nəzərdə tutduğunu qeyd edən Bayden, İsrail əsgərlərinin 60 günlük müddət ərzində mərhələli şəkildə bölgədən çəkiləcəyini bildirib.
O, həmçinin bildirib ki, bu prosesdə heç bir Amerika əsgəri Livanda xidmət etməyəcək.