İsrail və Livan arasında atəşkəsə Tramp sayəsində nail olundu

27.11.2024

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

"İsrail və Livan arasında atəşkəs ABŞ -ın yeni seçilmiş prezidenti Donald Trampın sayəsində əldə edilib".
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Trampın milli təhlükəsizlik üzrə müşaviri təyin edəcəyi Florida ştatından olan respublikaçı konqresmen Mayk Vals "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Onun sözlərinə görə, tərəflər Trampa görə danışıqlar masası arxasına toplaşırlar . Vals vurğulayıb ki, Trampın qələbəsi dünyanın xaosa daha dözülməyəcəyini açıq şəkildə göstərdi.
Konqresmen qeyd edib ki, xaosun əsas səbəbi İrandır və Vaşinqton Tehranın terrorizmi dəstəkləməsinə bundan sonra da dözmək niyyətində deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью