İsrail və Livan arasındakı atəşkəs razılaşmasına Rusiya belə reaksiya verdi

27.11.2024

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Rusiya İsrailin Livanla razılaşmasına müsbət yanaşır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Rusiyalı diplomat Livan və İsrail arasında razılaşmanı şərh edib.

“Rusiya zorakılığı dayandıra biləcək razılaşmalara müsbət yanaşır. Lakin onlar etibarlı olmalıdır.
Livanda qan tökülməsini dayandıracaq və hərbi əməliyyatların daha da genişlənməsinə mane olacaq potensial razılaşmaya müsbət baxırıq. Yaxın Şərqdə vəziyyəti sabitləşdirmək üçün bütün tərəflərin maraqların təmin edəcək hərtərəfli və ədalətli həll tələb olunur”, – Zaxarova vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью