İsrail və Livan liderləri 34 ildən sonra ilk dəfə danışıqlar apara bilərlər

16.04.2026

Ayna saytına istinadən Icma.az xəbər verir.

Donald Tramp: "İsrail və Livan arasında danışıqlara çalışırıq”

ABŞ Prezidenti Donald Tramp İsrail və Livan arasında bu dəfə onların liderlərinin iştirakı ilə yeni danışıqların cümə axşamı günü keçiriləcəyini açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Tramp sosial media platforması “Truth Social”da yazıb.

"İsrail və Livan arasında danışıqlara çalışırıq. İki liderin danışmasından uzun müddət keçib, təxminən 34 il. Bu, sabah baş tutacaq", - deyə ABŞ lideri vurğulayıb.

Amerika lideri danışıqların harada keçiriləcəyini dəqiqləşdirməyib.

Nə İsrail, nə də Livan tərəfindən heç bir şərh verilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью