Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Livan və İsrail nümayəndə heyətləri münaqişənin sülh yolu ilə həlli üzrə danışıqların səkkizinci raundunu keçirəcəklər.
Bakıvaxtı.az "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, görüşün 15-16 sentyabr tarixlərində İtaliya paytaxtında keçirilməsi planlaşdırılır.
Görüş zamanı tərəflər Livanın cənubunda yeni pilot zonaların yaradılmasını müzakirə edəcəklər. Livan ordusunun bu zonalar üzərində nəzarəti həyata keçirəcəyi gözlənilir.
Xatırladaq ki, danışıqların əvvəlki mərhələsi 4-6 avqust tarixlərində Romada baş tutsa da, Livanın cənubunda Hizbullahın silahlı təxribatı səbəbindən yarımçıq qalmışdı.
Gülşən Şərif