Icma.az, Moderator.az saytına istinadən bildirir.
İsrail və Livanın ABŞ-dəkı səfirləri Yehiel Leyter ilə Nada Hamade Muavad Vaşinqtonda görüşüblər.
Moderator.az "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail rəsmisi bildirib.
Onun sözlərinə görə, görüş ABŞ-nin vasitəçiliyi ilə keçirilən son danışıqlardan daha kiçik miqyasda olub. Növbəti genişləndirilmiş raundun gələn ay Romada keçirilməsi gözlənilir. Bu həftəyə planlaşdırılan danışıqlar qrafiklərin uyğunsuzluğu səbəbindən təxirə salınıb.
Bu arada Livan Prezidenti Jozef Aun bildirib ki, İsrail qoşunları Livanın cənubundan çıxarıldıqdan sonra İsraillə təhlükəsizlik sahəsində saziş bağlamaq istərdi.