“İsrail və Misir arasında Qəzza məsələsində fikir ayrılığı: Rəşad nəticəsiz qayıtdı“ İsrai…
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Netanyahu HƏMAS-ı silahsızlandırmadan Qəzza üçün hər hansı təhlükəsizlik və ya idarəetmə planını qəbul etmir..." İsrail və Misir rəsmiləri Qəza bölgəsinin gələcəyi ilə bağlı müzakirələr aparıb, lakin ciddi fikir ayrılıqları üzündən görüş nəticəsiz qalıb.
Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri məlumat yayıb.
Misir nümayəndəsi İsrailə səfər etdi, nəticə olmadı Misir kəşfiyyat rəhbəri general Həsən Rəşad İsrailə səfər edib və orada baş nazir Binyamin Netanyahu və ŞABAK rəhbəri David Zini ilə görüşüb.
Misir tərəfi Qəzza bölgəsində keçici dövrdə təhlükəsizliyi təmin etmək üçün Misir və İordaniyada təlim keçmiş Fələstin təhlükəsizlik qüvvələrinin iştirakını təklif etsə də, Netanyahu bunu qəbul etməyib.
İsrail rəhbərliyi vurğulayıb ki, əvvəlcə ikinci mərhələnin - HƏMAS-ın silahsızlandırılması və texnokrat hökumətə daxil olmaq planından imtina etməsinin yerinə yetirilməsi vacibdir.
Eyni zamanda, KAN kanalı xəbər verib ki, HƏMAS gizli şəkildə "texnokrat hökumət"in formalaşmasında iştirak edir: yeni idarəçilərin yarısı HƏMAS tərəfdarlarından, digər yarısı isə Fələstin Muxtariyyətinin təklif etdiyi şəxslərdən ibarətdir.
Bu, HƏMAS-a yerli səviyyədə mövqelərini saxlamağa imkan verir.
Tam oxu
Xəbəri oxu