İsrail və Suriya arasındakı bu saziş ləğv edildi Netanyahu

09.12.2024

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Suriya ilə güc bölgüsü sazişi artıq etibarsızdır”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O, söhbətin 1974-cü ildə imzalanmış Qüvvələrin Ayrılması Sazişindən getdiyini bildirib.

“İsrail Suriya ilə 1974-cü ildə imzalanmış qüvvə bölgüsü müqaviləsini Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra Suriya qoşunları bölgəni tərk etdiyi üçün qüvvədən düşmüş hesab edir. Bu müqavilə dağıldı, Suriya qoşunları mövqelərini tərk etdilər. Mən dünən İsrail Müdafiə Qüvvələrinə demarkasiya zonasını və ona nəzarət edən mövqeləri tutmaq əmrini verdim. İsrail qüvvələrinin bufer zonasına yerləşdirilməsi müvəqqəti tədbirdir.

Eyni zamanda, Netanyahu əmin edib ki, ölkəsi Suriya müxalifəti ilə dostluq və mehriban qonşuluğa açıqdır.

“İsrail hakimiyyəti Suriyada baş verənləri diqqətlə izləyir. Eyni zamanda həm müdafiə, həm də hücum ssenarisinə tam hazırdır”, – deyə Netanyahu vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью