İsrail və Suriya nümayəndələri Bakıda görüşüb: CNN dən sensasiya

17.05.2025

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail və Suriyanın yeni rəhbərliyi arasında birbaşa danışıqlar Azərbaycanın paytaxtı Bakıda baş tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Mənbəyə əsasən, danışıqlarda İsrail tərəfini İsrail Müdafiə Qüvvələrinin (IDF) Əməliyyatlar Baş İdarəsinin rəhbəri, general-mayor Oded Basyuk təmsil edib. Onun türkiyəli rəsmilərlə birlikdə yeni Suriya rəhbərliyinin nümayəndələri ilə görüşdüyü bildirilir.

“CNN”in sorğusuna cavab olaraq IDF heç bir nümayəndəsinin suriyalı rəsmilərlə birbaşa görüş keçirmədiyini iddia edib, lakin Bakıda belə danışıqların baş tutub-tutmadığı ilə bağlı sualı şərhsiz qoyub.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью