525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrail və Yunanıstanın hava qüvvələri birgə hərbi təlim keçirlər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, iki ölkənin hava qüvvələri uzunmənzilli missiyalar çərçivəsində birgə havada yanacaq doldurma təlimi keçir.
Təlimdə İsrail ordusunun 120-ci eskadrilyası iştirak edib.
Bildirilib ki, İsrail hava qüvvələrinin illik təlim proqramının bir hissəsi olaraq keçirilən təlim, iki ölkə orduları arasında qarşılıqlı təcrübə mübadiləsini təmin etməklə yanaşı, həm də əməliyyat hazırlığının gücləndirilməsi əhəmiyyəti daşıyır.
İbrahim Cəfərov